Ukraynanın birinci prezidenti Leonid Kravçuk tənəffüs cihazına qoşulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
Kravçukun iyun ayının sonunda ürək əməliyyatı olunduğu andan bəri reanimasiyada olduğu bildirilib.
Sabiq prezidentin mətbuat katibi Oksana Sibirtseva isə ölkənin ilk liderinin vəziyyətinin sabit olaraq qiymətləndirildiyini söyləyib.