27 İyul 2021 22:43
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Donald Trampın həkimi Ronni Cekson ölkənin hazırkı dövlət başçısı Co Bayden haqqında rezonans doğuran iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Cekson Amerika liderinin əqli problemlərinin olduğunu deyib.

O, Baydenin bu səbəbdən vaxtından əvvəl vəzifəsindən azad edilə biləcəyini söyləyib. Ronni Ceksonun iddiası vitse-prezident Kamala Harrisin artıq onun yerinə keçmək üçün hazırlığa başlaması müzakiərlərinə yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər