28 İyul 2021 13:23
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada vətəndaşlar bir heykəlin Adolf Hitlerə bənzəməsindən şikayət elədikdən sonra mərhumun oğlu heykəli götürməyə məcbur olub.

Teleqraf.com xəbər verir ki, Oliver adlı şəxs 2013 -cü ildə ölən dülgər atası Edvald E.-nin məzarına taxta heykəl qoyub.

Heykəl Hitlerə bənzər bir bığ və neo-nasist hərəkatında “Heil Hitler”in kodu olan 88 rəqəmi həkk olunmuş futbol formasında təsvir olunub. “H” əlifbanın səkkizinci hərfidir.

Narahat vətəndaşlar bələdiyyə başçısına şikayət ediblər. Bundan sonra dərhal heykəl qəbiristanlıqdan götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər