29 İyul 2021 11:03
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Alyaska ştatının sahillərində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Təbii Fəlakətlərə qarşı Mübarizə Mərkəzi (NWS) məlumat yayıb.

Zəlzələ yerli vaxtla səhər saatlarında qeydə alınıb. Zəlzələnin episentri Perrivill qəsəbəsindən 106 kilometr cənub-şərqdə yerləşib, mərkəzi 3.4 km dərinlikdə qeyd olunub.

Əvvəlcə təxminən 7.3 bal gücündə hiss olunan zəlzələ daha sonra 8.1-ə çatıb. Seysmoloqlar 6.2 bal gücündə yeraltı təkanlar da qeydə alıblar.

Dağıntı və tələfat barədə məlumat olmasa da, təbii fəlakətin baş verməsindən sonra seysmoloqlar bölgədə sunami təhlükəsi elan ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər