“İnanıram ki, bu, Təl-Əvivdə Ticarət Nümayəndəliyinin fəaliyyətə başlaması İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində atılmış daha bir addımddır”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitter hesabında yayımladığı videomüraciətində deyib.
Diplomat Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyinin açılmasından danışıb:
“Bu gün tarixi bir gündür. Təxminən otuz il əvvəl ölkələrimiz arasında əlaqələrin qurulmasından bəri Azərbaycanın İsraildə heç bir nümayəndəliyi yox idi. İndi bu dəyişdi. Bu gün Azərbaycan Təl-Əvivdə Ticarət Nümayəndəliyini açdı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq. Bu, ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq, münasibətlərimizin daha güclü və daha çoxtərəfli olması üçün imkanlar yaradacaq. İnanıram ki, bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində atılmış daha bir addımdır”, -deyə diplomat vurğulayıb.
Gələn il ölkələrimiz arasındakı diplomatik münasibətlərin və dostluğun 30 illiyi qeyd olunacaq. İnşallah, biz bunu hamımız birlikdə Azərbaycan və İsraildə qeyd edəcəyik”.