Temperaturun rekord səviyyəyə endiyi Braziliya intensiv qar yağışlarına təslim olub.
Teleqraf.com xəbər verir ki, bir çox qəhvə, şəkər qamışı və portağal sahələri şiddətli soyuğa məruz qalıb.
Rio Qrand do Sul bölgəsində 40-dan çox şəhərdə buzlaşma baş verdiyi bildirilib.
İyulun 28-də ölkənin cənubunda başlayan qar yağışı davam edir. Parana və Santa Katarina əyalətlərində də temperaturun düşəcəyi gözlənilir.
Dünyanın qabaqcıl qəhvə istehsalçısı olan Braziliyada soyuq hava qəhvə və şəkərin qiymətlərinin artmasına səbəb olub.