1 Avqust 2021 23:13
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın paytaxtı Beyrutun cənubundakı Xalde bölgəsində dəfn mərasiminin atəşə tutulması və bunun səbəb olduğu qarşıdurmalar nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Livan ordusunun tvitterdəki açıqlamasında bildirilir.

"Xalde bölgəsindəki silahlı şəxslər dəfn mərasiminin iştirakçılarına atəş açıblar, bu da qarşıdurmalara səbəb olub, nəticədə bir neçə vətəndaş və bir əsgər həlak olub, daha bir neçə nəfər yaralanıb", - açıqlamada deyilir.

TASS agentliyi isə ölənlərin sayının 5 nəfər olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər