4 Avqust 2021 10:49
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə olmadan var ola, təhlükəsiz yaşaya bilmərik. Türkiyə olmadan konstitusion, siyasi və iqtisadi cəhətdən mövcudluğumuz mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar deyib.

Tatar Kipr türklərinin böyük çətinliklər yaşadığını, soyqırımlara məruz qaldığını söyləyib:

“İki dəfə soyqırım keçirdik. 1878-ci il kiprili türklər üçün ən ağrılı illərdən biridir. 1571-ci ildə bir illik mübarizədən sonra venesiyalılardan aldığımız Kipr 308 illik hökmranlıqdan sonra ingilislər tərəfindən icarəyə götürüldükdən sonra qeyri-qanuni olaraq satıldı. Kipr türkləri oradan ümidlərini itirmədən Toros dağlarına baxdılar”.

Ərsin Tatar 1974-cü ildə türk əsgərlərinin adaya gəlişi ilə hər şeyin müsbətə doğru dəyişdiyinə diqqət çəkib. O, Türkiyə və Yunanıstan arasında gedən danışıqlara da münasibət bildirib:

“Kiprli yunanlar heç vaxt kiprli türklərlə ədalətli bölgü və qalıcı həll üçün yaxşı niyyət nümayiş etdirməyiblər. Müzakirələr BMT çərçivəsində davam etdirilib. Nəhayət, “Annan” planını ortaya atdılar. Bizə dedilər ki, “hə" deyin, dünyaya çıxış əldə edəcəksiniz”. Amma vədlərinə əməl etmədilər və ən böyük qanunsuzluğa imza atdılar. Yunan Kiprini birtərəfli qaydada Avropa Birliyinə üzv etdilər.

Məsələ budur ki, Kipr Türkiyə və Yunanıstanın üzv olmadığı heç bir beynəlxalq təşkilata üzv ola bilməz. Bu səbəbdən Türkiyə Avropa Birliyi üzvü deyil. Bəs Kipr Yunanıstanın üzv olduğu AB-yə necə daxil olur?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər