4 Avqust 2021 10:08
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə meşə yanğınlarında daha bir nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli açıqlama verib.

Nazir yeddinci gündür davam edən meşə yanğınlarının söndürülməsi üçün işlərin davam etdiyini bildirib.

Pakdəmirli 152 yanğının söndürüldüyünü, 11-nin isə hələ də davam etdiyini söyləyib.

O, yanğında bir nəfərin həyatını itirdiyini bununla insan tələfatının 8-ə çatdığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu