9 Avqust 2021 09:58
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Uhan şəhərində koronovirusun təkrar yayılması səbəbilə sakinlərin əksəriyyəti COVID-19 testindən keçib.

Teleqraf.com xəbər verir ki, Uhan Bələdiyyə qurumunun sədr müavini Li Tao bu barədə mətbuata açıqlama verib.

O bildirib ki, 11,3 milyon əhalisi olan şəhərdə kütləvi testlərin tətbiqinə qərar verilib: “Şəhər sakinlərinin demək olar ki, hamısı testdən keçirilib. 6 yaşından kiçik uşaqlar və şəhər xaricində olan universitet tələbələri hələ ki testə cəlb edilməyib”.

Kütləvi testlər zamanı 9 nəfərdə virus aşkarlanıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Şəhərdə bütün məktəb və təhsil müəssisələrinə əyani tədrisi dayandırmaq və kampuslarında sağlamlıq yoxlamalarını gücləndirmək tapşırılıb.

Metroda maska ​​taxmaq, qızdırmanı ölçmək və sağlamlıq izləmə kodlarını yoxlamaq öhdəliyi də daxil olmaqla, COVID-19-la mübarizə tədbirləri artırılıb.

Qeyd edək ki, ötən sutka ərzində Çində 96 nəfər virusa yoluxub. Pandemiya başlayandan bəri isə ölkədə 93 701 nəfərin testi pozitiv çıxıb, onlardan 4 636 nəfər isə virusdan ölüb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər