9 Avqust 2021 16:48
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus heç vaxt Rusiya ilə ən yaxın ittifaqın əleyhinə olmayıb, amma hər hansı birliyin əsası eyni şərtlər və bərabərlik daxilində olmalıdır. Biz heç vaxt ən yaxın ittifaqın əleyhinə deyildik, amma bizi həmişə uzaq məsafədə saxlayırdılar.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“İstənilən birliyin əsasını eyni şərtlər, bərabərlik təşkil etməlidir”, - Belarus lideri vurğulayıb.

O qeyd edib ki, insanlar üçün - iki ölkənin sadə vətəndaşlarından ötrü bərabərlik əsas olmalıdır: “Amma təbii qazın qiymətləri Belarusdan iki-üç dəfə aşağıdırsa, necə inteqrasiya edə və addımlar atıla bilər? Dövlət suverenliyini itirmədən istənilən inteqrasiya mümkündür”.

Lukşenkonun sözlərinə görə, keçən il baş verən hadisələr çox şey göstərdi və Belarusla Rusiyanı daha fəal əməkdaşlığa sövq etdi:

“Xoşbəxtlik yox, bədbəxtlik kömək etdi. Belarus və Rusiya yalqız qaldı. Çünki oradan gələn zərbə həmişə olduğu kimi Belarusun üzərindən Rusiyanın qəlbinə vuruldu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər