10 Avqust 2021 17:32
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken infrastruktur və texnologiya ilə əlaqədar bəzi sahələrdə Çinin onları üstələdiyini və lazımi irəliləyişlər əldə edilməyəcəyi təqdirdə, rəqabət qabiliyyətlərinin zəifləyəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Blinken ABŞ -ın infrastruktur, yenilik, elm və texnologiya sahəsində daha rəqabətli və daha güclü olması lazım gəldiyini deyib.

Dövlət katibi vurğulayıb ki, Amerika xarici siyasətinin güclü elementlərindən biri ABŞ-ın öz daxilindəki infrastrukturu və texnoloji üstünlüyüdür.

“Fundamental dayanıqlılığımıza və yenilikçi gücümüzə baxmayaraq, deməliyəm ki, biz daha yaxşı işlər görə bilərik. Vaxtilə olduğumuz yerdən geri qalırıq. Rəqiblərimiz yavaş-yavaş aradakı uçurumu bağlayır. Bəzi sahələr hətta bizdən qabaqdadırlar. Bu tendensiya davam edərsə, rəqabətli dünyada daha az rəqabətqabiliyyətli olacağıq”, - Blinken qeyd edib.

O, Pekinin bir çox texnoloji sahədə sürətli addımlar atdığını söyləyib: “Məsələn, Çin hər il infrastruktura xərclədiyimizdən 3 dəfə çox maddi vəsait xərcləyir”.

ABŞ-ın hazırda dünya miqyasında infrastruktur sahəsində 13-cü yerdə olduğunu xatırladan Blinken lazımi addımlar atılmasa, qarşısındakı 12 ölkə ilə aradakı uçrumun daha da genişlənəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər