14 Avqust 2021 10:28
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin iyulunda Yer səthinin temperaturu XX əsrdəki orta göstəricini 0,93°C üstələyərək 16,74°C-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-dakı Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi (NOAA) məlumat yayıb.

Qeyd olunur ki, bu, bütün 142 illik temperatur müşahidələri dövründə ən yüksək göstəricidir.

NOAA-nın başçısı Rik Spinradın sözlərinə görə, iyul ayı planetin ən isti ayı olub:

“İyul ümumiyyətlə ilin ən isti ayıdır, lakin 2021-ci ilin iyul ayı indiyə qədər qeydə alınan ən isti iyul və ən isti ay olaraq özünü göstərdi. Bu yeni rekord planetin qlobal istiləşmənin açdığı qorxulu və dağıdıcı bir yola düşüyündən xəbər verir”.

2021-ci ilin iyul və avqust ayları yüksək temperaturla əlaqəli təbii fəlakətlərlə xarakterizə olunub. Rusiya, ABŞ, Türkiyə, Əlcəzair və İtaliyada meşə yanğınları qeydə alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçevin dediyinə görə, artıq Arktikanın tədqiqat stansiyalarına çatan Yakutiyadakı meşə yanğınlarının tüstüsü Moskvaya çata bilər. Rusiyanın şərq bölgələri də daşqınlardan əziyyət çəkib, onlardan dördündə federal miqyasa fövqəladə rejim tətbiq edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər