"Taliban" Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərini ələ keçirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Reuters"a agentliyinə sözügedən şəhərdə olan Əfqanıstan rəsmisi deyib.
Onun sözlərinə görə, şəhərin qubernatoru "Taliban"a təslim olub və artıq toqquşmalar dayanıb. O qeyd edib ki, şəhər dinc sakinləri xilas etmək üçün təslim edilib.