“Co Baydenin Əfqanıstanla bağlı qərarı tarixə ABŞ-ın ən böyük məğlubiyyətlərindən biri kimi düşücək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Co Baydenin Əfqanıstanda etdikləri əfsanədir. Bu, tarixin ən böyük məğlubiyyətlərindən biri olacaq. Nəhəng COVID dalğası, sərhəd fəlakəti, enerji müstəqilliyinin çökməsi və iflasa uğramış iqtisadiyyatla yanaşı, Əfqanıstanda buraxdığı səhvlərə görə Baydenin rüsvayçılıqla istefa verməsinin vaxtı gəldi. Qanuni seçilmədiyi üçün bu, böyük bir şey sayılmayacaq”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyət Ağ Evin bacarıqsızlığı səbəbindən bu yerə gəlib çatıb.