17 Avqust 2021 09:59
2 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talibana Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı aktivlərinə girişinə icazə verilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.

AFP-a danışan ABŞ rəsmisi rəsmi Vaşinqtonun Taliban nümayəndələrinin Əfqanıstan Mərkəzi Bankının bu ölkədəki aktivlərinə girişinə icazə verilməyəcəyini bildirib.

“Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı aktivləri Talibana təhvil verilməyəcək”, - ABŞ administrasiyasının rəsmisi bildirib.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, Əfqanıstan Mərkəzi Bankının ümumi ehtiyatları aprelin sonuna 9.4 milyard dollar təşkil edib. Bu ehtiyatların əhəmiyyətli hissəsi Əfqanıstanda deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər