18 Avqust 2021 00:58
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı "Taliban" hərəkatının müharibədə qalib gəldiyini qəbul edir, humanitar və miqrasiya böhranlarının qarşısını almaq üçün Əfqanıstanın yeni hakimiyyəti ilə dialoqa başlamağı zəruri hesab edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel deyib.

"Taliban" müharibəni qazandı, buna görə də miqrasiya və humanitar böhranların qarşısını almaq üçün Kabildəki yeni hakimiyyətlə danışmalıyıq".

Onun sözlərinə görə, Aİ Əfqanıstandan qaçqın axını ilə üzləşən bölgə ölkələrini dəstəkləyəcək. Həmçinin Avropa İttifaqı heç bir şərt olmadan Əfqanıstana humanitar yardım göstərməyə hazrıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər