18 Avqust 2021 08:45
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika rəhbərliyi 17 avqust tarixində Əfqanıstandan ABŞ-da yaşamaq icazəsi olan təxminən 1100 ABŞ vətəndaşı və onların ailə üzvlərini təxliyə edib.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son bir neçə gündə Əfqanıstandan 3200-dən çox insan təxliyə olunub.

“Bu gün ABŞ hərbi uçuşları ilə təxminən 1100 ABŞ vətəndaşı, ABŞ-nin daimi sakinləri və onların ailə üzvləri təxliyə edilib. Bu rəqəmlərin artacağını gözləyirik”, - o belə deyib.

Bildirilib ki, ümumilikdə 13 reys həyata keçirilib.

“İndiyə qədər heyətimiz də daxil olmaqla 3,2 mindən çox insanı təxliyə etdik. Bu 3,2 mindən çox təxliyə olunanlardan əlavə ABŞ-yə xüsusi immiqrasiya vizası üçün müraciət edən 2 mindən çox əfqanı köçürdük”, - deyə Ağ Ev nümayəndəsi əlavə edib.


Müəllif: Teleqraf.com