Əl-Qaidə lideri Usama Bin Laden 2010-cu ildə nəzarətində olan terrorçulara Co Baydenə qarşı sui-qəsd təşkil etməmək haqda təlimat verib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə İngiltərə mediası çıxış edib.
İddiada bildirilir ki, Bin Laden Co Baydenin prezident olacağı təqdirdə ABŞ-ı böhrana salacağına əmin imiş.
Bu səbəbdən də Bin Laden Əl-Qaidə terror təşkilatına Baydenə sui-qəsd təşkil edilməsini qadağan edib. Əlavə olunur ki, Bin Ladenin bu əmrinin olduğu qeydlər onun 2011-ci ildə ABŞ xüsusi təyinatlıları tərəfindən öldürüldüyü evdə tapılıb. Qeydin olmasını ilk dəfə 2012-ci ildə “Vaşinqton Post” qəzetinə açıqlayan ABŞ kəşfiyyat analitikləri Obama və digərlərinə yönəlik planın real olmadığını ifadə ediblər.