Rusiya Prezidenti Vladimir Putin ABŞ və Qərb ölkələrinin Əfqanıstandan təxliyə olunanların federasiyaya yaxın qonşu ölkələrə göndərilməsi təklifinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, o, qaçqın adı altında Rusiya yaxınlığında militanların olmasını istəmədiyini deyib.
Putin hesab edir ki, Talibandan qaçaraq Əfqanıstanı tərk edən qaçqınlar Orta Asiya ölkələrinə göndərilməməlidir.
Onun sözlərinə görə, Qərb ölkələri qaçqınları vizalı qəbul edəcəyini bildirdiyi halda, digər dövlətlərə vizasız getmələrini istəyirlər:
“Bu, onların (Qərb) qaçqınları vizasız qəbul etmək istəmədikləri halda, qonşularımıza vizasız göndərilə biləcəyi anlamına gəlir? Onlar problemi həll etmək üçün niyə bu qədər alçaldıcı bir yanaşma göstərirlər?”.
Rusiyanın keçmiş sovet ittifaqına daxil olan ölkələrin vətəndaşlarını vizasız qəbul etdiyini xatırladan və Qərb ölkələrinin, xüsusən ABŞ-ın irəli sürdüyü bu təklifin əleyhinə olduğunu söyləyən Putin qeyd edib:
“Qaçqın qılığında yanımızda militanların olmasını istəmirik”.