25 Avqust 2021 16:34
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra böhran baş qaldırır: 14 milyon insan aclıqla üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters”ə BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli bildirib.

BMT nümayəndəsi illərlə davam edən quraqlıq, münaqişə və iqtisadi tənəzzül, həmçinin, COVID-19-la bağlı vəziyyətin pisləşməsi nəticəsində “ideal fırtına” olacağını proqnozlaşdırıb.

“Əgər ölkədə vəziyyət pisləşərsə, yer üzü əfqanlar üçün cəhənnəmə çevriləcək”, - deyə o xəbərdarlıq edi.

Bizli dünya siyasətçilərini sürətlə hərəkət etməyə çağırıb. Onun sözlərinə görə, humanitar fəlakətin qarşısını almaq üçün sentyabr ayına qədər ən azı 200 milyon dollara ehtiyac var. Dünya Ərzaq Proqramının icraçı direktoru ABŞ, Qətər və Fars körfəzinin digər ərəb dövlətlərinin pul verəcəyinə ümid etdiyini də dilə gətirib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Əfqanıstana 600 milyon avro ayıracağını vəd edib. Berlin “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra iqtisadi və sosial inkişafı təşviq etmək üçün hökumətin Kabilə verdiyi yardımı dayandırıb, lakin humanitar yardım göstərməyə davam edəcək.


Müəllif: Səxavət