8 Noyabr 2014 12:23
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxtalar üçün konseptual audio və videoqərarların istehsalçısı Yacht Intelligence IMAX-ın dəstəyi ilə dizayner Ken Freyvoxa Nemo Room ideyasının həyata keçirilməsində kömək üçün müraciət edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 150 metrlik gəmi layihəsi hazırlayan dizayner sifarişçinin istəyini reallaşdırmaq üzrədir.

Artıq tezliklə dalğalar üzərində dünyada ilk IMAX kinoteatrı olan super yaxta üzəcək. "Nemo Room" adlı layihə 20 nəfər qonaq üçün nəzərdə tutulub və cari kinorelizlərdən başqa nəhəng ekranda yaxtanın üzdüyü sualtı dünyanın gözəlliklərini nümayiş edə biləcək.

Rüstəm


Müəllif: