İspaniya sahillərində üzən “Global Lake” adlı tankerdə bir türk kapitan və bir ekipaj üzvü də daxil olmaqla üç dənizçi zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, İstanbulda yerləşən “Akar” dənizcilik şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmidə təmizlik işi zamanı 4 dənizçi huşunu itirib.
Hadisədə kapitan Ahmet Akdeniz, Hasan Argındoğan və gürcü Mindiya Qatenadze həyatını itirib.
Zərərçəkmiş digər personal vertolyotla gəmidən təxliyə edilib. 3 cəsəd gəmidə saxlanılır.
Hadisənin səbəbləri araşdırılır.