26 Avqust 2021 20:23
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kabil Beynəlxalq Hava Limanında vətəndaşların amerikalı hərbçilər tərəfindən təxliyyə edildiyi andan başlayaraq orada baş verən izdiham fonunda təxminən 50 adam həlak olub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov “Rossiya 24” kanalının efirində söyləyib.

“Kabil hava limanında qarışıqlıqdır, amerikalılar orada real olaraq heç nəyi təmin edə bilmirlər. Orada qurbanlar var, təxminən 50 nəfər. İnsanların ölümü adi hala çevrilib”, - deyə o bildirib.

Avqustun 22-də Böyük Britaniya Müdafiə Nazirliyi Kabil hava limanı yaxınlığında sıxlıqda 7 nəfərin öldüyünü bildirmişdi.

Bundan əvvəl “Reuters” agentliyi Kabil hava limanında və onun yaxınlığında 12 nəfərin öldüyünü xəbər vermişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər