31 Avqust 2021 08:25
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün xarici hərbçilər Əfqanıstan ərazisini tərk ediblər, ölkə indi tamamilə "Taliban"ın nəzarəti altındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatın siyasi bürosunun rəsmi nümayəndəsi Məhəmməd Naim bildirib.

"Bəli, sonuncu əcnəbi hərbi qulluqçu Əfqanıstanın ərazisini tərk etdi. İndi ölkənin bütün ərazisi "Taliban"ın nəzarəti altındadır. İndi dövlətimiz azad və müstəqil oldu", - Naim deyib.

Qeyd edcək ki, "Taliban" dəfələrlə ABŞ-ın və müttəfiqlərini öz kontingentlərini avqustun 31-dək Əfqanıstandan çıxarılması tələbi ilə çıxış edib. Daha əvvəl Pentaqon ABŞ-ın bütün hərbi qulluqçularının Əfqanıstanı tərk etdiyini açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər