31 Avqust 2021 14:31
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali məlumat verib.

“Prezident Kasım-Jomart Tokayev istefa ərizəsi ilə müdafiə naziri Nurlan Yermekbayevin istefa vermək xahişi ilə bağlı raportunu nəzərdən keçirərək onu qəbul etdi”, – deyə o “Facebook”da yazıb.

Daha əvvəl Yermekbayevin Jambıl vilayətində hərbi hissənin anbarında baş verən yanğın və döyüş sursatının partlamasından sonra istefa verməyə hazır olduğu məlum olmuşdu.

Avqustun 26-da axşam saatlarında Jambıl vilayətində hərbi hissənin anbarında silah-sursatın partlamasına səbəb olan yanğın baş verdi. Son məlumatlara görə, hadisə qurbanlarının sayı 15-ə çatıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər