Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov müxalifət mediasını keçmiş SSRİ lideri İosif Stalin haqqında dediklərini yanlış şərh etməkdə günahlandırıb.
Teleqraf.com xəbər verir ki, diplomat müxalifətin stalinizm cinayətlərinə bəraət qazandırmaq ittihamlarını “mənfur” adlandırıb.
Nazir sovet lideri haqqında dediklərinin mənasını bir daha aydınlaşdırıb.
Lavrov Stalini “mütləq şər” və “İkinci Dünya Müharibəsinin günahkarı” adlandıranların, bu müharibədə SSRİ və Almaniyanın rolunu bərabərləşdirdiyini deyib. O, Almaniyanın Avropanı işğal etməyə çalışdığını və sovet qoşunlarının bir çox xalqı məhv olmaqdan xilas etdiyini söyləyib.
Qeyd edək ki, Sergey Lavrov bundan əvvəl Stalinin şəxsiyyətinə edilən hücumları “İkinci Dünya Müharibəsinin nəticələrinə hücum” adlandırıb. O qeyd edib ki, indi Rusiyanı siyasi cəhətdən zəiflətmək, tarixini yenidən yazmaq üçün kənardan hücumlar təşkil olunur.