Malayziyanın hüquq-mühafizə orqanları son günlərdə Yaxın Şərqdən krallığa qayıtmış iki nəfər İŞİD tərəfdarını həbs edib, daha iki nəfər isə axtarışa verilib.
Axar.az RİA Novosti-yə istinadla bildirir ki, Malayziya əks-kəşfiyyatındakı mənbələrin məlumatına görə, polis neçə nəfərin qayıtdığını dəqiqləşdirməkdə çətinliik çəkir, çünki onların Suriyada olmaları qeydə alınmayıb. Lakin rəsmi qiymətləndirmələrə görə, Suriyada İŞİD döyüşçüləri tərəfində 45, İraqda isə 15 Malayziya vətəndaşı vuruşur.
Son günlərdə həbs olunanlar arasında Malayziya döyüşçülərinin başçılarından biri Mohammed Fauzi, eləcə də Abu Dayyan kimi tanınan döyüşçü də var. Mənbənin məlumatına görə, bu il krallıqda İŞİD tərəfində döyüşən 52 nəfər həbs edilib.
Malayziya İŞİD-i terror təşkilatı kimi tanıyıb və krallığın Baş naziri Nəcib Rəzaq iki ay əvvəl bildirib ki, onun hökuməti İŞİD-lə qəti şəkildə mübarizə aparacaq.