Yenicə buraxılan “Gaia” Avropa peyki minlərlə yeni planet aşkar edə biləcək.
Axar.az xəbər verir ki, bu barədə Prinston və Lundan universitetlərinin alimləri məlumat yayıblar.
Məlumatda peykin 5 il müddətində qalaktikamızda planetlərin sayı və müxtəlifliyi haqqında yeni biliklər əldə etməyimizə yardım olacağı bildirilib. Bundan başqa, mütəxəssislər “Gaia”nın işinin 10 il müddətinə uzadılacağı təqdirdə 70 mindən çox kosmik obyektin aşkar ediləcəyini deyiblər.