3 Sentyabr 2021 17:42
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2050-ci ilə qədər qlobal iqtisadiyyatın qazsızlaşdırma prosesinin dəyəri 140 trilyon dollar olacaq. Rusiyanın enerji qaynaqlarından mümkün ixrac itkisi isə 192 milyard dollara çata bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ən nəhəng bankı olan "Sberbank"ın baş direktoru German Qref Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Enerji istehlakındakı dəyişikliyin bir çox sektora təsir edəcəyinə işarə edən Qref hesab edir ki, bu, hər bir insana və gündəlik həyata təsir edəcək: “Ağıllı ev sistemləri və isitmə kimi enerji qənaəti ilə əlaqəli sahələr də bundan təsirlənəcək. Yanaşmamızı dəyişməliyik”.

“Dekarbonizasiya prosesinin qlobal iqtisadiyyatda xərcləri 2050-ci ilə qədər 140 trilyon dollara çatacaq. Qlobal karbondan təmizlənmə hədəflərinə çatmaq üçün dünyadakı enerjinin üçdə ikisi bərpa olunan mənbələrdən istehsal edilməlidir. Bu proses Rusiyaya dərindən təsir edəcək. Rusiya dünyanın ən böyük karbohidrogen ehtiyatları ixracatçılarından biridir. İxracat itkisi 192 milyard dollara çatacaq. Neft ixracatında mümkün zərər 72, qazda 52, kömürdə 90 faizə çata bilər”,- bank sədri bildirib.

Enerji qaynaqlarındakı dəyişikliyin2050-ci ilə qədər Rusiya üçün bəzi riskləri artıracağını ifadə edən bank sədri hesab edir ki, ixracat gəlirlərində azalma, işsizlik, məhdud sənaye istehsalına malik şəhərlər, Rusiyanın qlobal enerji sektorundakı liderliyini itirməsi, büdcə gəlirlərində itkilər və enerji sektorunda fəaliyyət göstərən şirkətlərin iflası müşahidə oluna bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər