6 Sentyabr 2021 18:54
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) İnquşetiyada polis əməkdaşlarına hücum hazırlayan 4 İŞİD terrorçusunu saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İŞİD üzvlərinin internetdəki danışıqları ifşa olunub. Məlum olub ki, təşkilat üzvləri əldəqayırma partlayıcı qurğular və digər silahlardan istifadə edərək terror aktına hazırlaşıblar.

Saxlanılan şəxslərin yaşadıqları yerlərdən odlu və soyuq silahlar, əldəqayırma partlayıcı və yandırıcı qurğular, habelə onların istehsalı üçün komponentlər və alətlər götürülüb. Əlavə olaraq, İŞİD üzvlərinin terror aktı niyyətlərini təsdiq edən yazışmalar tapılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər