ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Robert Malleyin Tehranın nüvə proqramı ilə əlaqədar Rusiya və Avropa rəsmiləri ilə görüşmək üçün bu həftə Moskva və Parisə səfər edəcəyini açıqlanıb.
Teleqraf.com xəbər verir ki, səfərin 10 sentyabr tarixinədək baş tutacağı bildirilib.
Açıqlamada qeyd edilib ki, səfər çərçivəsində İranın beynəlxalq nüvə müqaviləsinin şərtlərini yerinə yetirməsi məsələsi ilə bağlı tez bir zamanda anlaşmanın əldə edilməsi yönündə müzakirələr aparılacaq.
“Röyter”in məlumatına görə, ABŞ İranla danışıqların nə vaxt başlaya biləcəyini və nüvə proqramı ilə bağlı hansı gəlişmələrin baş verdiyini bilmədiyi üçün bu həftə Paris və Moskvada keçiriləcək danışıqlarda bəzi tərəfdaşları ilə İranla bağlı məsləhətləşmələr aparmaq istəyir.
Mənbə amerikalı diplomatın səfərinin bundan sonra İranın nüvə proqramı ilə bağlı atılacaq addımların başlanğıcı olduğunu bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyi dünən İranı keçmiş fəaliyyətləri ilə bağlı araşdırmalara maneçilik törətməkdə və monitorinqi təhlükəyə atmaqda ittiham edərək, Tehranın nüvə anlaşması ilə bağlı danışıqları davam etdirmək səylərini çətinləşdirdiyini bildirib.
Agentliyin iki hesabatı göstərir ki, iki əsas məsələ üzrə heç bir irəliləyiş yoxdur. Birincisi, bir neçə köhnə və elan edilməmiş yerlərdə tapılan uranın tapılmasıdır. İkincisi, agentlik İranın nüvə proqramını izləməyə davam edə bilməsi üçün bəzi monitorinq cihazlarına giriş əldə edə bilməməsidir.
BAEA qeyd edib ki, agentliyin nüvə proqramı ilə bağlı məlumat əldə etmək imkanları getdikcə azalır.