11 Noyabr 2014 09:31
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Suriyada İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının nəzarətində olan neft quyularını bombalayıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Ümumi İnqilab Şurasından məlumat açıqlanıb.

Yayılan xəbərlərə görə, koalisiya qüvvələri Hələbin Munbic rayonunu, Hasekenin Kəbbiyə və Yarubiyə rayonlarını bombardman ediblər.

Rəsmilər hücumlarda kürd qüvvələrinin qurudan dəstək verdiyini qeyd edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər