16 Sentyabr 2021 09:49
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Amerika, İngiltərə və Avstraliyanın müdafiə sahəsində birgə işləyəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Bayden müttəfiqlərin razılığı ilə üç ölkənin süni intellekt və nüvə enerjisi ilə işləyən sualtı gəmilər də daxil olmaqla ən son müdafiə texnologiyası üzərində əməkdaşlıq edəcəyini söyləyib.

Amerika lideri Hind-Sakit okean bölgəsindəki qeyri-sabit duruma diqqət çəkib və üç ölkə arasındakı hərbi əməkdaşlıqda bu regionda təhlükəsizlik məsələsi prioritet olacağını deyib:

“Hamımız Hind-Sakit okean bölgəsində uzunmüddətli sülhün və sabitliyin qorunmasının zəruriliyini qəbul edirik”.

İngilis və Amerika mətbuatında yer alan xəbərlərə görə, AUKUS adlandırılan üç ölkənin hərbi əməkdaşlığı Çinin texnologiya və hərbi sahədəki inkişafının qarşısını almaq və Pekinin qlobal gücünə qarşı mübarizə cəhdləridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər