18 Sentyabr 00:39
352

Paris məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatik qurum səfirlərinin geri çağırılmasını ABŞ və Avstraliyanın ortaqlıq elan etdikləri gün verdiyi açıqlamalarla izah edir.

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.


Müəllif: Teleqraf.com