19 Sentyabr 2021 22:58
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Quycou vilayətindəki Canke çayında sərnişin gəmisinin aşması nəticəsində 10 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, sentyabrın 18-də axşamüstü baş verən qəzadan sonra hadisə yerinə cəlb olunan xilasedicilər 39 nəfəri çaydan çıxara biliblər. Buna baxmayaraq, onlardan 8 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin sağlamlıq vəziyyəti kafi qiymətləndirilir.

İtkin düşmüş hesab olunan 5 nəfərin axtarışları hazırda davam edir.

Qeyd edək ki, sentyabrın 18-də Canke çayının eyniadlı qəsəbədən keçən hissəsində sərnişin gəmisi aşıb. Bildirilir ki, qəzaya gəminin icazə verilən həddən çox sərnişin götürməsi səbəb olub. Səlahiyyətli qurumlar qəza vaxtı gəmidə dəqiq neçə nəfərin olduğunu müəyyən etməyə çalışır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər