Avropa Birliyi “Avropa ordusu” qurmaq məsələsinin gündəmdə olmadığını, daha çox üzv ölkələrin hərbi qabiliyyətinin gücləndirilməsinə kökləndiklərini bəyan edib.
Teleqraf.com xəbər verir ki, bunu AB-nin sözçüsü Nabila Massrali deyib.
Avropanın daha da birləşmək və daha təsirli müdafiə sistemi qurmasına ehtiyac olduğunu deyən Massrali əlavə edib ki, “Avropa ordusu” hazırda gündəmdə deyil: “Hazırkı fəaliyyətimiz daha çox üzv ölkələrin qabiliyyətlərini artırması, müdafiə sənayelərinin gücləndirilməsinə və birgə fəaliyyətimizin artırılmasına yönəlib”.
Sözçü əlavə edib ki, 2022-ci ilin mart ayında AB-nin “Stratji Kompas”sənədində Avropa Birliyinin Avropanın öz təhlükəsizliyi üçün necə məsuliyyət götürəcəyi araşdırılacaq.
Qeyd edək ki, AB-nin öz təhlükəsizliyiq üçün başda ABŞ olmaqla asılılıqdan qurtarması üçün “Avropa ordusu” qurulması fikri son dövrlər gündəmə gətirilib. Xüsusilə, NATO-nun Əfqanıstandan çıxmasından sonra ortaya çıxan təxliyə böhranı və Avstraliyanın Fransa ilə milyardlarla dollarlıq sualtı qayıq razılaşmasının ləğv edərək ABŞ və İngiltərə ittifaqına yaxınlaşması reallığı “Avropa ordusu” nu qurmaq ideyasını yenidən müakirələrə gündəminə daşıyıb.