İngiltərəni sarsıdan zəhərlənmə hadisələri ilə bağlı yeni faktlar üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, 2018-ci ildə İngiltərədə keçmiş rus casusunun zəhərlənməsində iştirak edən üçüncü Rusiya agentinin adı müəyyən edilib.
İngiltərədə olarkən Sergey Fedotov təxəllüsünü istifadə edən Denis Sergeyev keçmiş rus casusu Sergey Skripal, qızı Yuliya və keçmiş polis zabiti Nik Beylini öldürməkdə ittiham olunub. Sergeyev 3 cinayətə cəhddə, Sergey Skripal, Yuliya Skripal və Nik Beyliyə ağır bədən xəsarəti yetirməkdə, kimyəvi silah saxlama və istifadəsi də daxil olmaqla 7 cinayətdə günahlandırılır.
İngiltərə mətbuatında yayılan məlumatda zəhərlənmə hadisəsi ilə bağlı diqqətçəkən detal yer alıb. Polisin açıqlamasına görə, 2018-ci ildə həyata keçirilən sui-qəsddə bir ətir şüşəsinə qoyulan Noviçok minlərlə insanın ölümünə səbəb olacaq qədər çox olub.
Ətir şüşəsi Skripal və qızına edilən qəsddə istifadə edildikdən sonra itib və bir müddət sonra Çarli Rouli adlı şəxs tərəfindən ətir olduğuna inanılaraq satın alınıb. Rouli “ətri” dostu Daun Stargesə hədiyyə edib. Qadın Noviçok qarışdırılmış ətirdən istifadə edərək ölüb. Qeyd edilib ki, təhlükəli ətir minlərlə insanın həyatına son qoya bilərdi.
Polis əvvəllər kimliyi müəyyən edilmiş digər iki sui-qəsdçi Aleksandr Mışkin və Anatoli Çepiqanın Rusiya hərbi kəşfiyyat xidmətinə işləməsinə dair sübutlar tapdıldığını da açıqlayıb. Bununla istintaq qrupu üç şəxsin Rusiya hakimiyyəti adına çalışdığı məlum olub.