27 Sentyabr 2021 17:30
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Lionda iştirak etdiyi bir sərgidə yumurta hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, mühafizəçilər və sərgi iştirakçıları ətrafında olan Makrona yumurta atılıb.

Yumurta atan şəxs “Yaşasın inqilab” şüarı səsləndirib. Şübhəli dərhal təhlükəsizlik əməkdaşları tərəfindən nəzarətə alınıb.

Hücumdan sonra açıqlama verən Makron deyib:

“Mənə deyəcək sözü varsa, gəlsin. Daha sonra onu görməyə gedəcəyəm”.

Fransa prezidenti iyunun 8-də də hücuma məruz qalmışdı. Parisdə küçədə insanlarla görüşərkən bir nəfər Makrona sillə vurmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər