29 Sentyabr 2021 18:49
1 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlar sona çatıb.

Teleqraf.com xəbər verir ki, danışıqlar təxminən üç saat davam edib.

Liderlər Soçidə keçirilən görüşdə həm ikitərəfli münasibətləri, həm də regional problemləri - Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

V.Putin görüşdən sonrakı açıqlamasında danışıqları “məzmunlu danışıqlar” adlandırıb.

Daha sonra V.Putin R.T.Ərdoğana növbəti dəfə “Sputnik” vaksini ilə revaksinasiya olunmağı tövsiyə edib. Ərdoğan isə artıq koronavirus əleyhinə revaksinasiya olunduğunu bildirib.

Qeyd edək ki, Türkiyə-Rusiya danışıqları həm də V.Putinin karantindən çıxmasının göstəricisi olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər