12 Noyabr 2014 12:37
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin Beyda şəhərində Husi xadimlərinə qarşı hücum təşkil olunub.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Əl-Qaidə terror qruplaşmasının Yəmən qolu sayılan Ensaruş-Şeria təşkilatı tərəfindən təşkil olunan hücumda 9 nəfər öldürülüb.

Təşkilatdan verilən açıqlamaya görə, Husi hərbiçilərinin şəhərin Rida bölgəsində təhlükəsizliyi təmin etdiyi zaman partlayıcı işə düşüb.

Açıqlamada həmçinin sutka ərzində təşkil edilən 3 hücumda 17 Husi döyüşçüsünün öldürüldüyü qeyd edilir.

Samir


Müəllif:

Oxşar xəbərlər