14 Oktyabr 2021 08:05
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə naməlum şəxsin oxla öldürdüyü şəxslərin sayı 5 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli NRK televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Kunqsberq şəhərində qeydə alınıb. Hadisə zamanı həmçinin bir neçə nəfər xəsarət alıb. Yaralılar arasında polis əməkdaşı da var.

Cinayətkar saxlanılıb. Qeyd edilir ki, o, təkbaşına hərəkət edib.

Polis hadisənin terror aktı olduğunu istisna etmir.

00:14

Norveçin silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, hadisə Kunqsberq şəhərində baş verib.

İnsident nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

Polis sözçüsü hadisədə nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun yay və oxdan istifadə etdiyi deyilir. İlkin məlumata görə, o, təkbaşına hərəkət edib.


Müəllif: Teleqraf.com