15 Oktyabr 2021 10:05
8 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti YPG/PKK terror təşkilatının son hücumlarından sonra Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanın sərhədlərdən kənarda yeni əməliyyatlara başlaya biləcəkləri ilə bağlı açıqlamasına münasibət bildirb.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın bu əməliyyatlarda Türkiyəyə dəstək verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“NATO-dakı müttəfiqimiz Türkiyəyə qarşı sərhədlərdən kənardan edilən hücumları qınayırıq. Bu hücumlarda həyatını itirənlərin ailələrinə başsağlığı verdik və atəşkəsin qorunmasının və bu sərhədlərdən kənardan edilən hücumların dayandırılmasının vacibliyini vurğuladıq. Bütün bunlarla əlaqədar olaraq çox açıq danışdıq. Əlavə olaraq, problemlərin həllində siyasi yol tapmaq üçün səylərin artırılmasının çox vacib olduğunu da bildirdik”, - Prays qeyd edib.

Türkiyənin ABŞ üçün önəmli müttəfiq olduğunu deyən Prays Vaşinqtonun Ankara ilə xüsusilə terrorizmlə mübarizə və Suriyadakı qarşıdurmaların sona çatması kimi bir çox məslələrdə ortaq maraqlarının olduğunu deyib.

ABŞ-ın Türkiyənin mümkün əməliyyatına dəstək verib-verməyəcəyi ilə bağlı suala dəqiq cavab verməyən Prays Suriya ilə bağlı Ankara ilə məsləhətləşməyə davam etdiklərini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu