Liviyanın paytaxtı Tripolidəki Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səfirliklərinə bombalı hücum olub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, şahidlər hadisə nəticəsində ölən və ya yaralıların olmadığını bildiriblər.
Baş verən partlayışlar səfirlik binalarına ciddi ziyan vurub. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Şəhər polisi faktla bağlı araşdırmalara başlayıb.
Samir