26 Oktyabr 2021 16:49
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində COVID-19-la mübarizədəki vəziyyət yenidən gərginləşib.

Teleqraf.com xəbər verir ki, ölkənin Lanzhou vilayətində delta ştammı sürətlə yayılıb.

4 milyondan çox əhalisi olan Lanzhou karantinə alınıb. Küçəyəçıxma qadağası tətbiq olunub, vətəndaşlardan yalnız vacib hallarda evdən çıxmaları xahiş olunub.

Qeyd edək ki, ötən sutka ərzində Çində 29 yeni yoluxma faktı qeydə alınıb. Ümummillikdə oktyabrın 17-dən bəri ölkədə 133 delta ştammına yoluxma aşkarlanıb. Delta ştammı ölkənin 11 vilayətinə yayılıb.


Müəllif: Aysel Azad