27 Oktyabr 2021 20:38
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici işlər naziri Sergey Lavrov Tehranda Rusiya, Çin, İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirakı ilə Əfqanıstanla bağlı keçirilən görüşdə videomüraciət edib.

Teleqraf.com xəbər verir ki, terrorçuların qaçqın adı altında Əfqanıstandan qonşu ölkələrə girməyə çalışdıqlarını deyən Lavrov Əfqanıstanda normal həyat şəraitinin yaradılmasının əfqanların mərhələli şəkildə ölkələrinə qayıtması üçün ilkin şərt olacağına diqqət çəkib.

ABŞ və NATO-nun qüvvələrini Əfqanıstandan çıxardıqdan sonra qonşu ölkələrdə yerləşdirməyi planlaşdırdığını iddia edən Lavrov bildirib:

“Bir daha Əfqanıstana qonşu olan ölkələri ABŞ və NATO-nun öz torpaqlarında hərbi mövcudluğunun qarşısını almağa çağırırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu