1 Noyabr 2021 00:27
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden G20 sammitinin pandemiya, iqtisadiyyatın bərpası və iqlim böhranı ilə mübarizədə irəliləyiş əldə etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sammitdən sonra İtaliyanın paytaxtı Romada keçirilən mətbuat konfransında danışıb.

"Bu, böyük qlobal çağırışlarla əlamətdar olan, pandemiyanın kritik olduğu, iqtisadi bərpanın və iqlim böhranı ilə mübarizənin davam etdiyi çətin bir il oldu.

Hesab edirəm ki, biz bu məsələlərin hər biri üzrə niyyətimizə görə nəzərəçarpacaq irəliləyiş əldə etmişik”, - ABŞ rəhbəri deyib.

Bayden qeyd edib ki, sadaladıqları problemlərin həlli ABŞ-ın əsas hədəflərindəndir.

Ağ Ev başçısı eyni zamanda Rusiya və Çin rəhbərlərinin sammitə qatılmamasına görə təəssüfünü ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər