Fransa Prezidenti Emmanuel Makron ölkəsi ilə balıqçı problemi yaşayan İngiltərəni təhdid edib.
Teleqraf.com xəbər verir ki, Makron İngiltərənin adekvat addım atmasa, noyabrın 2-də planlaşdırılan cavab tədbirlərini həyata keçirəcəyini deyib.
O, ölkəsinə sığınmış bir çox qaçqının Fransadan sığınacaq istəmədiyini və İngiltərəyə getmək istədiyini də iddia edib:
“Bu mövzuda gərginlik artıb və İngiltərədə siyasi müzakirələrə səbəb olub. Bəzi seçimləri qəbul edə, məsələn, dəniz yolu ilə gələnləri geri qaytara bilmərik. Bu, onları geri itələmək kimi bir şeydir. Bu, beynəlxalq humanitar hüquqa ziddir. Bu barədə Boris Consonla dəfələrlə danışmışıq”.
Fransa lideri İngiltərənin Breksit razılaşmasını yerinə yetirmədiyini və buna qarşı səssiz qala bilməyəcəklərini bildirib:
“Hansısa formada gərginlik istəmirəm, amma ciddi olmalıyıq. 10 aydır işləyirik. Bəzi balıqçılara lisenziya verilib, digərlərinə isə naməlum səbəblərdən verilməyib. Lisenziyaların verilməsi qaydası hələ də müəyyən olunmayıb. Bu, belə davam edəcəyi təqdirdə. Fransa hökuməti və Avropa İttifaqının cavab tədbirləri görmək haqqı var”.
Makron əsas məqsədlərinin cavab tədbirləri görmək olmadığını deyib.
Consonla görüşdən sonra tələb olunan sənədləri İngiltərə hökumətinə çatdırdıqlarını vurğulayan Makron qeyd edib: “Artıq top onlarındır. İngilislər konkret addım atmasalar, planlaşdırılan cavab tədbirləri noyabrın 2-dən etibarən həyata keçiriləcək”.