Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada qatıldığı G-20 sammiti çərçivəsində fransanlı həmkarı Emmanuel Makronla görüşündən danışıb.
Teleqraf.com xəbər verir ki, o, Makronla Fransa-Yunanıstan münasibətlərini də müzakirə etdiyini bildirib.
“Həm cənab Baydenə, həm də Makrona bu məsələ haqda danışdıq. Soruşduq ki, bu Dədəağac olayı nədir? Burada belə bir bazanın yaradılması bizi, xalqımızı ciddi şəkildə narahat edir. Makron isə Yunanıstana “Rafale” satmaları haqda dedi ki, onların pulları var.
Dedim, bax, səni aldadırlar, onların pulu yoxdur. Sadəcə, Qərbə 400 milyard avro borclarının olduğunu bilirəm. “Onların pulu var” dedi. Hər şey puldur. Təbii ki, burada baza məsələsi də var. Amma bu baş verənlərlə bağlı əsas məsələ Türkiyənin daha da güclü olmasıdır”, - Türkiyə prezidenti bildirib.