İranın neft daşıyan tankerinə Ədən körfəzində dəniz quldurları tərəfindən silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, tankeri müşayiət edən İranın Hərbi Dəniz Qüvvələrinin əsgərləri dəniz quldurlarının katerlərini atəşə tutublar. Tankerin güclü mühafizə edildiyini görən dəniz quldurları hadisə yerindən uzaqlaşıblar. Tankerə və dənizçilərə zərər dəyməyib.
Qeyd edək ki, Ədən körfəzinə cəmləşən dəniz quldurları buradan keçən gəmilərə tez-tez silahlı basqınlar edirlər.